Niderlandın “Algemene Dagblad” qəzetində Tofiq Bəhramov haqqında məlumat xarakterli məqalə dərc olunub

A- A A+

İyulun 30-da Niderlandın “Algemene Dagblad” qəzetində azərbaycanlı məşhur futbol hakimi Tofiq Bəhramov haqqında məlumat xarakterli məqalə yer alıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə 1966-cı il iyulun 30-da futbol üzrə dünya çempionatının finalında İngiltərə millisinin hücumçusu Geoff Huss tərəfindən vurulmuş qol ilə bağlı T.Bəhramovun məşhur qərarına istinad edilib və bu qolun İngiltərənin çempion elan olmasına səbəb olduğu bildirilib. Eyni zamanda, T.Bəhramovun Azərbaycanda sevildiyi, Bakıda onun adına futbol stadionunun olduğu diqqətə çatdırılıb.

Məqalədə T.Bəhramovun İkinci Dünya müharibəsi zamanı Stalinqrad döyüşlərində faşistlərə qarşı mübarizə apardığı da qeyd edilib.

Məqalə ilə www.ad.nl/sport/het-geheim-van-de-wereldberoemde-grensrechter-uit-azerbeidzjan~a696793ff linkinə keçid etməklə tanış olmaq olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: