Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, mütəxəssislə iyulun 30-da müqavilə imzalanıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsini əhatə edir.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.