İyulun 31-dək Latviya Paraşüt Federasiyası ölkənin müstəqilliyinin bərpasının 30-cu ildönümü şərəfinə yeni milli rekord təyin etməyi və Lielvarde şəhərinin səmasında 30 nəfər paraşütçü ilə ulduz fiquru yaratmağı planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.
“Sərbəst düşmə zamanı təxminən 200km/saat sürətilə yerinə yetirilən tryuk çətin və təhlükəli tapşırıqdır, buna görə idmançılar son bir neçə gün ərzində fəal şəkildə məşq edirlər” – bunu Paraşüt İdman Federasiyasının idarə heyətinin üzvü Edqars Veyqurs söyləyib.
Qeyd edək ki, Latviya səmasında buna bənzər fiqur 2007-ci ildə yaradılıb.