“Barselona” klubu Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda 2022-ci ilədək komanda ilə sözləşməsi olan portuqaliyalının müqaviləsi 2025-ci ilə kimi artırılacaq. Bundan başqa onun sərbəst qalmaq qiyməti və maaşı da yüksəldiləcək.
Bir sıra klubların diqqət mərkəzində olan 26 yaşlı portuqaliyalı müdafiəçi bu mövsüm La Liqada 32 oyuna 1 qol və 4 assistlə yadda qalıb.