Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib

A- A A+

Futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında UEFA Millətlər Liqasında Lüksemburqa qarşı oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın avqustun 28-də başlayacağını vurğulayıb.

Mütəxəssis Azərbaycanda koronavirus pandemiyası ilə bağlı avqustun 5-dək məhdudiyyətlərin olduğunu qeyd edib.
Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: