"Real Madrid" 18 yaşlı futbolçunu 45 milyon avroya almağa hazırdır

A- A A+

Portuqaliya "Sportinq"inin futbolçusu Nunu Mendeş İspaniya "Real Madrid"inə keçə bilər. 

NUHÇIXAN İnformasiya Agentliyi "Record"a istinadən xəbər verir ki, "kral klubu" 18 yaşlı müdafiəçidən ötrü 45 milyon avro dəbbə pulunu ödəməyə hazırdır. Portuqaliyalı oyunçunun Lissabon klubu ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. İstedadlı futbolçu ilə İngiltərə "Mançester Yunayted"inin də maraq göstərdiyi bildirilir. 

Qeyd edək ki, Nunu Mendeş ötən mövsüm Portuqaliya Primeyrasında 9 oyun keçirib. Gənclər çempionatında isə o, 17 qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: