Çempionlar Liqasında ilk iki mərhələnin bütün iştirakçıları bəlli olub

A- A A+

Çempionlar Liqasının ilk püşkatmalarına qatılacaq bütün komandalar müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, avqustun 9-da I, ertəsi gün II təsnifat mərhələsinin püşkü atılacaq.

Bu tədbirlərdə ümumilikdə 46 klubun rəqibləri bəlli olacaq. İlkin mərhələnin 4 komandası və yarışa təsnifatdan başlayacaq 42 klub rəqiblərini tanıyacaq.

Bu 42 komandadan 33-ü birinci, 9-u ikinci raunddan yarışa start verəcək. Sonunculardan altısı qeyri-çempionlar yolunda mübarizə aparacaq.

Qeyd edək ki, ilkin mərhələdə öncə “Tre Fiori” (San Marino) – “Linfild” (Şimali İrlandiya) və “Drita” (Kosovo) – “İnter” (Andorra) cütləri, ardınca bu matçların qalibləri üz-üzə gələcək.

Çempionlar Liqası
2020/21 mövsümü

I təsnifat mərhələsi
Səpələnmişlər

“Seltik” (Şotlandiya)
“Astana” (Qazaxıstan)
“Lüdoqorets” (Bolqarıstan)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Legiya” (Polşa)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Molde” (Norveç)
“Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan)
“Dandolk” (İrlandiya)
“Slovan” (Slovakiya)
“Suduva” (Litva)
“Omoniya” (Kipr)
ÇFR (Rumıniya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Dinamo” (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər
"Fola" (Lüksemburq)
"Yurqorden" (İsveç)
“Buduçnost” (Monteneqro)
“Flora” (Estoniya)
“Dinamo” (Brest, Belarus)
“Riqa” (Latviya)
“Konnah” (Uels)
“Klaksvik” (Farer adaları)
“Europa” (Cəbəllütariq)
"Çelye" (Sloveniya)
“KuPS” (Finlandiya)
“Ararat” (Ermənistan)
“Reykyavik” (İslandiya)
"Tirana" (Albaniya)
“Sileks” (Şimali Makedoniya)
“Floriana” (Malta)
İlkin mərhələnin qalibi

II təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Seltik”in (Şotlandiya) cütü
“Astana”nın (Qazaxıstan) cütü
“Lüdoqorets”in (Bolqarıstan) cütü
“Srvena Zvezda”nın (Serbiya) cütü
“Qarabağ”ın (Azərbaycan) cütü
“Legiya”nın (Polşa) cütü
“Makkabi”nin (Təl-Əviv, İsrail) cütü
“Molde”nin (Norveç) cütü
Səpələnməmişlər
“Midtülland” (Danimarka)
“Şerif”in (Moldova) cütü
“Ferensvaroş”un (Macarıstan) cütü
“Dandolk”un (İrlandiya) cütü
“Slovan”ın (Slovakiya) cütü
“Suduva”nın (Litva) cütü
“Omoniya”nın (Kipr) cütü
ÇFR-in (Rumıniya) cütü
“Sarayevo”nun (Bosniya və Herseqovina) cütü
“Dinamo”nun (Tbilisi, Gürcüstan) cütü

Qeyri-çempionlar yolu
Səpələnmişlər

“Beşiktaş” (Türkiyə)
“Viktoriya” (Çexiya)
“Rapid” (Vyana, Avstriya)
Səpələnməmişlər
PAOK (Yunanıstan)
“Alkmaar” (Niderland)
“Lokomotiv” (Zaqreb, Xorvatiya)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: