Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) matçının hakimləri müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər idarə edəcəklər.
İyulun 11-də baş tutacaq “Olimpiya”-“Qarabağ” oyununa baş hakim Lourens Visser təyin olunub. Oyunun yan xətt hakimləri Karel de Roker və Co de Veyrdt olacaqlar. Matçın dördüncü hakimi funksiyasını Bram van Drieşe yerinə yetirəcək.
Lyublyanada baş tutacaq qarşılaşmanın hakim-inspektoru litvalı Paulius Maljinskas olacaq.
Qeyd edək ki, Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.