Maqnus Karlsen “Legends of Chess” turnirinin qalibi olub

A- A A+

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin dördüncü mərhələsi - “Legends of Chess” yarışı başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dördüncü mərhələnin finalında rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparan M.Karlsen qələbə qazanıb. Beləliklə, bundan əvvəlki “Magnus Carlsen Invitational”, “Chessable Masters” mərhələlərində də birinci olan dünya çempionu daha bir çempionluq sevincini yaşayıb. Yarışın ikinci mərhələsi - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov birinci olub.

Yarışın üçüncü mərhələsi - “Chessable Masters” turnirində mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yekun nəticəyə görə 4,5 xal toplayıb və beşinci yerdə qərarlaşıb.

Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Turnirin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: