Almaniya çempionatının yeni mövsümündən azarkeşlər tribunalara buraxıla bilər

A- A A+

Futbol üzrə Almaniya çempionatının yeni mövsümündən azarkeşlər tribunalara buraxıla bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, klublar birliyinin keçirdiyi videokonfransda 1-ci və 2-ci Bundesliqanın 36 komandası fanatların stadionlara qayıtması üçün səs verib.

Klublar birliyinin qərarına əsasən, ilin sonunadək qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq. Oyunların ayaqüstə izlənilməsinə və stadionda alkoqollu içkilərin satışına bir müddət icazə verilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: