Naxçıvanda gənclər arasında interaktiv tir üzrə birincilik keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclər arasında interaktiv tir üzrə birincilik “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə baş tutub.

Birincilik Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində reallaşıb. Mübarizədə 18-29 yaş arası 16 gənc iştirak edib. Hər bir iştirakçının hədəfi vurması üçün 5 atış şansı olub. Hədəfi daha dəqiq nişan alan Rəfael Babayev I, Anar Qənbərov II, Səriyyə Məmmədova isə III yerin sahibi olublar.

Sonda qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim edilib.

                                                                        Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: