Naxçıvan idmançıları ölkə birincilikləri və beynəlxalq turnirlərdə 38 medal qazanıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində  kollegiya iclası keçirilib.

2020-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirə olunduğu  iclasda nazir Azad Cabbarov qeyd edib ki, pandemiya dövrü olmasına baxmayaraq, nazirlik tərəfindən bir sıra vəzifələrin icrası təmin edilib, ötən dövr ərzində gənclərlə iş və idman sahəsində 181 tədbir keçirilib.

Diqqətə çatdırılıb ki, yeniyetmə və gənclər arasında müxtəlif mövzularda intellektual oyunlar təşkil olunub. Bununla yanaşı  Bakı şəhərində universitet tələbələri arasında keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə III Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən “Diplomat” komandası III yerin qalibi olub.

Naxçıvan MR XVIII Futbol Çempionatının II dövrə oyunları və Futzal üzrə Azərbaycan Kubokunda “Nəqşicahan” və “Badamlı” komandalarının  iştirakları təmin edilib.

Əlamətdar günlərin qeyd edilməsi məqsədilə “2 fevral-Gənclər Günü” və Naxçıvan Muxtar Respublikasının yardılmasının 96-cı ildönümü münasibətilə yeniyetmə və gənclər arasında cüdo, boks, basketbol üzrə birinciliklər keçirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvlərinin, həmçinin Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyası idmançılarının Haçadağa yürüşü, Naxçıvan şəhərində yerləşən “Saat meydanı” turistik istirahət mərkəzində muxtar respublikada ilk dəfə  “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman festivalı” təşkil olunub.

2020-ci ilin I yarımilində idmançılarımız Azərbaycan birincilikləri və bir sıra beynəlxalq turnirlərdə iştirak edib, ölkə birinciliklərində 21, beynəlxalq turnirlərdə 17 medal olmaqla cəmi 38 medal qazanıb, 1 nəfər idmançının adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib.

Muxtar respublikanın rayonlarında  sadə tipli idman qurğularının yerləşdirilməsi üçün istirahət parklarında yerlər ayrılıb, Naxçıvan şəhərindəki Sahil Parkında iki idman meydançası yaradılıb və müxtəlif idman avadanlıqları ilə təmin olunub. Parkda  tennis idman növü ilə məşğul olmaq üçün tennis kortu inşa edilib, 4 ədəd stolüstü tennis masası və velosiped zolağı istifadəyə verilib. Həmçinin, Uzunoba gölünün ətrafında çimərlik futbolu meydançası inşa edilərək istifadəyə verilib.

Azad Cabbarov qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında nazirliyə verilmiş tapşırığa əsasən, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işləri davam etdirməli, gənclərlə işə diqqəti artırmalıdır. Nazirlik idman federasiyaları ilə əlaqələri gücləndirməli, açıq hava şəraitində müvafiq idman növləri üzrə muxtar respublika birincilikləri keçirilməlidir.

Sonra məruzə ətrafında çıxışlar olub, kollegiya iclasında müzakirə olunan məsələ barədə qərar qəbul edilib.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: