“Fənərbağça” bir gündə üç transferini reallaşdırıb

A- A A+

İstanbulun “Fənərbağça” klubu bir gündə üç transferini reallaşdırıb.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadla xəbər verir ki, “Trabzonspor”la müqaviləsi başa çatan Filip Novak karyerasını İstanbul təmsilçisində davam etdirəcək. Otuz yaşlı çexiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

F.Novak 2018-ci ildən “Trabzonspor”da çıxış edirdi. Müdafiəçi cari mövsümdə iştirak etdiyi 30 matçda 7 qol vurub.

İstanbul təmsilçisi “Sivasspor”dan ayrılan Mert Hakan Yandaşın transferini də bitirib. İyirmi beş yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. O, 2017-ci ildən çıxış etdiyi “Sivasspor”da 72 matçda 13 qol vurub və 6 məhsuldar ötürmənin müəllifi olub.

“Fənərbağça” gün ərzində “Beşiktaş”la müqaviləsi başa çatan Gökhan Gönülü də transfer edib. 35 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

G.Gönül 2007-2016-cı illərdə də “Fənərbağça”da oynayıb. Daha sonra türk yarımmüdafiəçi “Beşiktaş”a transfer olunmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: