Çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatı

A- A A+

Muxtar respublikada çimərlik futbolu üzrə ilk çempionat keçirilir. Ötən gün start götürən çempionatda artıq 2 qarşılaşma keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir ay davam edəcək turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponrsorluğu ilə keçirilir. Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançasında reallaşan çempionatda 12 komanda iştirak edir. Çempionatda komandalar 4 qrupda mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı nəticəni göstərəcək 2 komandası 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələdə komandalar 1 görüşdən ibarət oyun keçirərək  növbəti mərhələyə adlaya biləcəklər. Yarımfinalda qalib olan komandalar isə finalda mübarizə aparmaq hüququ əldə edəcəklər. Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda meydana çıxacaqlar.

Turnirdə artıq iki oyun keçirilib. İlk görüşdə meydana “Prestij” və “Badamlı” komandaları çıxıblar. Görüş “Badamlı” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda isə “Batabat” və “Aralıq” komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən “Aralıq” komandası qarşılaşmanı 9:3 hesablı qələbə ilə tamamlayıb.

Bu gün çempionat daha iki görüş ilə davam edəcək. Belə ki, əvvəlcə meydana “Panter” və “Hava Limanı” komandaları çıxacaqlar. Ardınca isə “Antiinhisar”-“Yaycı” görüşünə start veriləcək.

                                                                                  Azər Zeynalov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: