XXXII Ümumdünya Yay Universiadasının loqotipi və talismanı seçilib

A- A A+

Rusiyanın Yekaterinburq şəhərində 2023-cü ildə keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Təşkilat Komitəsi yarışın loqotipini və talismanını seçib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilat komitəsindən məlumat verilib. Loqotip və talismanlar 2020-ci ilin payızında Yekaterinburqda keçiriləcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumunda təqdim ediləcək.

Xatırladaq ki, ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: