Lənkəran və Sədərək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib

A- A A+

Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu şahmat məktəbinin idmançıları arasında yoldaşlıq görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 16 yaşadək şahmatçıların iştirak etdikləri yarışda Lənkəran təmsilçiləri qalib gəliblər.

Turnir “Lichess.org” platforması üzərindən onlayn formatda təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: