Onlayn qaydada keçirilən “World Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan təmsilçisi Qədir Hüseynov turnirdə 9 turdan 6,5 xal toplayaraq 6-cı sırada qərarlaşıb. Turnirin qalibi 7,5 xalla Hindistan təmsilçisi Panneerselvam İniyan olub.
İsveçrə sistemi üzrə keçirilən yarışda 122 şahmatçı iştirak edib ki, onlardan da 30-u qrossmeyster olub.