UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi müəyyənləşib

A- A A+

Avqustun 10-da İsveçrənin Nyon şəhərində, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq təmsilçimiz “Qarabağ” mərhələ adlayacağı halda, “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşma avqustun 25-26-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: