Avqustun 10-da UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu ada Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, İngiltərənin “Mançester Siti” komandasının müdafiəçisi Kayl Uolker, İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo və “Barselona”nın (İspaniya) forvardı Lionel Messini qabaqlayıb.
Otuz iki yaşlı polşalı hücumçu İngiltərədə “Çelsi”ni 4:1 hesabı ilə məğlub etdikləri səkkizdəbir final mərhələsinin cavab matçında 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Dörddəbir finalda “Atalanta” (İtaliya) – “Paris Sen-Jemen” (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko Madrid” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) görüşləri keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.