Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 6 turdan ibarət yarışın yekun nəticələrinə görə, Azərbaycan komandası Türkiyə yığmasına 26:10 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı və Gövhər Beydullayeva mübarizə aparıblar.