Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin oyunlarına start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın “İnter” klubu Almaniyanın “Bayer Leverkuzen” komandası ilə üz-üzə gəlib. Görüş “İnter”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İtalyanların heyətində Nikolo Barella və Romelu Lukaku fərqləniblər. Leverkuzen təmsilçisinin yeganə qoluna isə Kai Havertz imza atıb. Bu qələbə sayəsində “İnter” UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb.