İtaliyanın "Yuventus" futbol klubunda 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən Kriştiano Ronaldo birinci olub.
Qeyd edək ki, portuqaliyalı hücumçu A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə edib.