“Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib

A- A A+

İspaniyanın “Real Madrid” futbol klubu yarımmüdafiəçisi Takefusa Kubanı icarəyə verib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 19 yaşlı yaponiyalı yarımmüdafiəçi növbəti mövsümdə “Vilyarreal”da çıxış edəcək.

Qeyd edək ki, Madrid təmsilçisi T.Kubanı 2019-cu ilin yayında transfer edib. Yarımmüdafiəçi 2019-2020-ci il mövsümünü icarə əsasında “Malyorka”da keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: