Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İdea” şahmat klubunun təşkilatçılığı ilə avqustun 14-də açıq havada şahmat turniri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şüvəlanda yerləşən Uşaq İstirahət və Sağlamlıq Mərkəzində tamaşaçısız keçiriləcək yarış 12 avqust -Beynəlxalq Gənclər Gününə həsr ediləcək. Turnirdə 17 yaşadək şahmatçılar iştirak edəcəklər.
İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olan yarışda vaxt nəzarəti 3 dəqiqə+hər gedişə 2 saniyə olacaq.