Avqustun 12-də AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan çempionatının 2020-2021-ci il mövsümünün püşkü atılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, tədbir klub və KİV nümayəndələri üçün qapalı olub.
Ötən mövsüm olduğu kimi, çempionat eyni 8 komandanın iştirakı ilə keçiriləcək. Premyer Liqanın birinci turunda “Qarabağ”–“Sabah”, “Neftçi”–“Səbail”, “Sumqayıt”-“Keşlə” və “Qəbələ”-“Zirə” görüşləri keçiriləcək.
Qeyd edək ki, yeni mövsümə avqustun 21-də start veriləcək.