Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib - FOTOLAR

A- A A+

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, yeni loqo 4 elementin vəhdətindən təşkil olunub. Loqodakı alov “Odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir. Dalğavari hissə Xəzər dənizinə işarədir. Qartal Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir. Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: