Bir qrup fəal gənc mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 12 avqust-Beynəlxalq Gənclər Günü münasibətilə Ağbulaq kəndində gənclərin iştirakı ilə təmizlik aksiyası təşkil olunub. Aksiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl çıxış edənlər bildiriblər ki, belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək və gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan iştirakçılar tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Həmin gün Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada keçirilən tədbirlərdə  fəal iştirak edən  bir qrup gənc  təşkilatçılar tərəfindən mükafatlandırılıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov, Gənclər Fondunun əməkdaşı  Arzu Qasımov muxtar respublikada gənclərə göstərilən diqqqət və qayğıdan danışıblar.

 Qeyd olunub ki, Beynəlxalq Gənclər Günü ilə bağlı hər il olduğu kimi, bu il də gənclərin iştirakı ilə bir sıra tədbirlər keçirilib.

Tədbirdə bir qrup fəal gəncə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

 Ağbulaq İstirahət Mərkəzində gənclər üçün çay süfrəsi də təşkil olunub.

                                          

                                 Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: