Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” klubu birinci transferini edib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan ayrılan Fabrise Nskala ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2017-ci ildən “Alanyaspor”da çıxış edən konqolu müdafiəçi. ümumilikdə 116 oyuna çıxıb və 9 məhsuldar ötürmə edib.