İtaliyanın “Yuventus” futbol klubunun yarımmüdafiəçisi Blez Matyuidi komandadan ayrılıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, yarımmüdafiəçi 2017-ci ildə Fransanın “Paris Sen-Jermen” komandasından Turin təmsilçisinə keçib. Onun ABŞ-ın “İnter Mayami” klubu ilə razılığa gəlməsi haqda xəbərlər yayılıb.