UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, Almaniyada “Bavariya” klubu İspaniyanın “Real Madrid” klubunu qəbul edib. Münhendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Oyunun ilk yarım saatında “Bavariya” klubunun heyətində iki aparıcı oyunçu zədələnərək meydanı tərk edib (Robben, Boateng).
Hesabı meydan sahibləri 28-ci dəqiqədə Josua Kimmikın sahəsində açıb - 1:0. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirib. Marselo baxımlı qola imza atıb - 1:1.
Fasilədən sonra “Münxen”lilərin müdafiədə buraxdığı kobud səhv Marko Asensionun qolu ilə nəticələnib. Beləliklə, oyun 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Liverpul” klubu “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Cavab oyunları mayın 1-də və 2-də baş tutacaq.