İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib

A- A A+

Futbol üzrə İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni qaydaya əsasən, koronavirus pandemiyası fonunda təqvimdə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün 2020/2021-ci il mövsümündə heç-heçə başa çatan matçlar təkrarlanmayacaq. Qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək.

Kubokun püşkatması sentyabrın 1-də olacaq. Final matçının 2021-ci il mayın 15-də “Uembli” stadionunda keçiriləcəyi planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: