Futbol üzrə Azərbaycan milli komandasının məşqçi heyəti avqustun 14-də Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, “Keşlə”–“Səbail” oyununu millimizin baş məşqçisi Canni De Byazi, “Sumqayıt”–“Zirə”
qarşılaşmasını köməkçi məşqçilər Arif Əsədov, Klaudio Beluççi, “Neftçi”–“Qəbələ” matçını isə köməkçi məşqçi Benito Karbone, fiziki hazırlıq üzrə məşqçi Alessandro Skaya və qapıçılar üzrə çalışdırıcı Dmitri Kramarenko izləyəcəklər.