“Qələbə” komandası atıcılığın stend növü üzrə muxtar respublika birinciliyinin qalibi oldu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib.

Birincilikdə hər komandada 2 idmançı olmaqla 5 komanda qalib olmaq uğrunda mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən mübarizədə hər komanda üzvünə 5 atış şansı verilib. Yekun nəticəyə əsasən, “Qələbə” komandası I yerin sahibi olub. “Zəfər” komandası II, “Hədəf” komandası isə III yerdə qərarlaşıb.

Sonda yer tutan idmançılara təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələr təqdim edilib.

Əli Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: