İngiltərənin “Arsenal” klubu “Çelsi”nin futbolçusu Villianı transfer edib.
NUHÇIXAN İnformasiya Agentliyi London təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, “topçular” braziliyalı yarımmüdafiəçi Villianla üçillik müqavilə imzalayıblar. O, azad agent statusunda transfer olunub.
Britaniya mətbuatı bildirir ki, “Çelsi” futbolçu ilə yeni şərtlərlə müqavilə imzalamaq istəməyib.
Villian “Arsenal”ın heyətində ilə 6 milyon avro qazanacaq. Braziliya millisinin futbolçusu “Arsenal”da 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən Villian daha əvvəl Rusiyada “Anji”, Ukraynada “Şaxtyor” və ölkəsində “Korintians” klublarının formasını geyinib. Ötən mövsüm 47 oyunda meydana çıxan oyunçu 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.