Futbol üzrə İngiltərə çempionatının ötən mövsümünün ən yaxşı gənc oyunçusu müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, idman ictimaiyyəti və jurnalistlərin qatıldığı səsvermədə “Liverpul” klubunun müdafiəçisi Trend Aleksander-Arnold bütün rəqiblərini geridə qoyaraq bu nominasiyada qalib olub.
İngilis futbolçu Jek Qriliş (“Aston Villa”), Din Henderson (“Şeffild Yunayted”), Meyson Qrinvud, Antoni Marsyal, Markus Reşford ( hər üçü “Mançester Yunayted”), Meyson Maunt və Kristian Pulişiçi (hər ikisi “Çelsi”) qabaqlayıb.
Futbolçu ötən mövsümdə 38 oyunda meydana çıxıb, 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.