Futbol klubları Çempionlar Liqasında və Avropa Liqasında əlavə vaxtda dördüncü əvəzetmə edə biləcəklər.
NUHÇIXAN UEFA.com saytına istinadla xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Şurası (IFAB) UEFA himayəsi altında turnirlər üçün əvəzedici saylara dair yeni qaydalar qəbul edib. Bu dəyişiklik 2018-2019-cu il mövsümündən qüvvəyə minəcək.
2018-ci ilin may ayında Beynəlxalq Futbol Federasiyaları Şurası (IFAB) dördüncü əvəzetmə tətbiqini təsdiqləmişdi. Daha əvvəl bu təcrübə İngiltərə və Almaniya kubok oyunlarında sınaqdan keçirilmişdi. Konfederasiyalar Kubokunun yarımfinalında baş tutan Portuqaliya - Çili matçının 116-cı dəqiqəsində Andre Qomeş Jelson Martinsin əvəzinə meydana daxil olub. Dünya çempionatları tarixində isə Rusiya yığması ilk dəfə bu təcrübədən yararlanıb. DÇ-2018-in 1/8 finalında İspaniya ilə matçda baş məşqçi Stanislav Çerçesov 97-ci dəqiqədə Daler Kuzyayevin əvəzinə Aleksandr Yeroxini meydana buraxıb.
Qeyd edək ki, UEFA miqyaslı yarışlarda Azərbaycan klubları və milli komanda da mübarizə aparacaq.