Emre Bəlözoğlu futbolçu karyerasını başa vurub

A- A A+

Türkiyə millisinin və “Fənərbaxça” klubunun futbolçusu Emre Bəlözoğlu karyerasını başa vurduğunu elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu haqda İstanbul təmsilçisi öz rəsmi saytında bildirib.

Otuz doqquz yaşlı Emre ötən mövsüm 26 oyunda meydana çıxıb və üç qolla yadda qalıb.

Futbolçu, həmçinin “Nyukasl Yunayted”, “Atletiko Madrid”, “Başakşəhər”, “Qalatasaray” və “İnter” klublarında çıxış edib. 2002-ci ildə Türkiyə millisinin heyətində bürünc mükafatçısı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: