Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüş keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliyanın “İnter” klubu Ukraynanın “Şaxtyor” komandasını ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı Şimon Martsinyak idarə edəcək.
Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Köln şəhərində reallaşacaq.