UEFA “Mançester Yunayted” (İngiltərə)-“Sevilya” (İspaniya) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ada “Sevilya”nın qapıçısı Yassin Bunu layiq görülüb. İyirmi doqquz yaşlı qapıçı komandasını bir neçə real qoldan xilas edib. Həmin görüş “Sevilya” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ispanlar növbəti mərhələdə “İnter” (İtaliya) - “Şaxtyor Donetsk” (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.
Həmin görüş avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Almaniyada oynanılır.