“Barselona”nın baş məşqçisi Kike Setyen tutduğu vəzifədən kənarlaşdırılıb

A- A A+

Kike Setyen İspaniyanın “Barselona” klubunun baş məşqçisi postundan kənarlaşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu açıqlamasında bildirib.

“Setyen işindən azad olundu”, - deyə o vurğulayıb.

Altmış bir yaşlı mütəxəssisi İngiltərənin “Tottenhem” komandasının sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya “Barselona”nın keçmiş kapitanı, artıq Qətərin “Əl-Sədd” komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər.

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən “Barselona” UEFA Çempionlar Liqasının dörddəbir finalında Almaniyanın “Bavariya” klubuna böyük hesabla uduzub - 2:8.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: