Avqustun 17-də UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ada Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Neymar layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, Almaniyanın “Leyptsiq” klubunun müdafiəçisi Dayot Upamekano, “Bavariya”nın (Almaniya) forvardı Tomas Müller və “Lion”un (Fransa) ön xətt oyunçusu Mussa Dembeleni qabaqlayıb. İyirmi səkkiz yaşlı braziliyalı hücumçu İtaliyanın “Atalanta” klubunu 2:1 hesabı ilə məğlub etdikləri dörddəbir final mərhələsinin matçında 90 dəqiqə meydanda olub və komandasının qələbə qazanmasında vacib rol oynayıb. Neymar həmin oyunda məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımfinalda “Paris Sen-Jermen” - “Leyptsiq”, “Bavariya” – “Lion” görüşləri keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.