Ümumdünya Şahmat Olimpiadası: şahmatçılarımızın rəqibləri müəyyənləşib

A- A A+

Ümumdünya Şahmat Olimpiadasında avqustun 21-də start götürəcək 40 komandanın iştirak edəcəyi top divizionda yığmamızın rəqibləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçılarımız top divizionun “B” qrupunda mübarizə aparacaq. Ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Bu qrupda, həmçinin Macarıstan, Cənubi Afrika Respublikası, Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və Niderland yığmaları da yer alıblar.

Olimpiada çərçivəsində artıq baza, dördüncü, üçüncü və ikinci divizionların oyunları başa çatıb.

Turnirə 163 komanda qatılıb.

Olimpiada avqustun 30-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: