UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, matçın baş hakimi Rauf Cabbarov olacaq. Ona həmyerliləri Namiq Hüseynov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, görüş avqustun 27-də Qazaxıstandakı Kajımukan Munaytpasov adına stadionda keçiriləcək.