İngiltərənin “Liverpul” futbol klubunun hücumçusu Sadio Mane azarkeşlər arasında keçirilən səsverməyə əsasən Premyer Liqanın ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Peşəkar Futbol Assosiasiyasının keçirdiyi səsvermədə 28 yaşlı seneqallı hücumçu 41 faiz səs toplayıb. İlk üçlükdə “Mançester Siti” komandasının belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne (27 faiz) və “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold (17 faiz) yer alıblar.
Xatırladaq ki, 2019-2020-ci il mövsümündə İngiltərə çempionu olan “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”ni 18 xal qabaqlayıb.