UEFA Avropa Liqası: “İnter” klubu “Şaxtyor”u məğlub edərək finala çıxıb

A- A A+

Avqustun 17-də futbol üzrə UEFA Avropa Liqasının ikinci yarımfinal oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərhələnin ikinci oyun günündə İtaliyanın “İnter” klubu Ukrayna təmsilçisi “Şaxtyor Donetsk”lə üz-üzə gəlib.

Düsendolfdakı "Merkur Spiel-Arena" stadionunda baş tutan görüş italyanlıların böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

“Neradzura”nın heyətində Lautaro Martines (2), Romelu Lukaku (2) və Danilo Dambrossio fərqləniblər.

Bu qələbə sayəsində “İnter” UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb.

Mərhələnin həlledici görüşündə “İnter” İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.

Görüş avqustun 21-də Köln şəhərində təşkil olunacaq.

Qeyd edək ki, "Sevilya" bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: