Avqustun 18-də futbol üzrə UEFA Çempionlar Liqasının ilk yarımfinal mərhələsinə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Almaniyanın “Leyptsiq” klubu Fransanın “Paris Sen-Jermen” komandası ilə qarşılaşıb. Lissabonda “Estadio da Luiz” stadionunda təşkil olunan görüş fransızların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Paris Sen-Jermen” klubunun heyətində Anxel Di Mariya, Markinyos və Xuan Bernat fərqləniblər.
Bu qələbə sayəsində “Paris Sen-Jermen” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının finalında oynamaq hüququ qazanıb.
Yarımfinal mərhələsinin digər oyunu bu gün Almaniyanın “Bavariya” və Fransanın “Lion” klubları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.