Türkiyənin "Fənərbağça" futbol klubu növbəti transferini həyata keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mame Tiamı heyətinə qatıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Seneqallı oyunçu 2019/2020 mövsümündə "Kasımpaşa"da 28 matçda 12 qol vurub, 5 qolun ötürməsini verib.
Xatırladaq ki, "Fənərbağça" bundan əvvəl Mert Hakan Yandaş, Gökhan Gönül, Caner Erkin və Filip Novakı transfer edib.