Bu gün UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın “Bavariya” klubu Fransanın “Lion” komandası ilə qarşılaşacaq.
Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu Joze Alvalade” stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.
Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur.
Qeyd edək ki, bu cütün qalibi finalda ötən gün Almaniyanın “Leyptsiq” klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın “Paris Sen-Jermen” komandası olacaq.