Sədərək və Sumqayıt məktəbliləri arasında şahmat üzrə onlayn yoldaşlıq görüşü

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək Rayon bölməsinin, Təhsil Şöbəsinin və Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb. 5+1 blits sistemində keçirilən görüşdə məktəblilər www.lichess.org platforması vasitəsilə qarşılaşıblar. Gərgin və maraqlı yarışın yekununda tərəflər sülhə razılaşıblar.

                                                                             Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: