Futbol üzrə Azərbaycan yığmasının da qatılacağı UEFA Millətlər Liqası ləğv edilməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA milli federasiyalarla məsləhətləşib və turniri ləğv etməmək barədə qərar qəbul edib.
“Böyük beşlik” ölkələrinin təmsilçilərinin sıx qrafik səbəbindən Millətlər Liqasının oyunlarının 2020-ci ildə keçirilməsini istəmədiyi iddia edilirdi. Bu halda yığmalar bir ildən çox görüş keçirməyəcəkdi. Ancaq əksər federasiyalar bununla razılaşmayıblar. Buna görə də UEFA-nın turniri davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək.